Noyabr ayında çox da iri həcmli olmayan bir kitab
almışdım – Uilyam Qoldinq – Seçilmiş əsərləri. Yeni tərcümə olunmuşdu. Mündəricatında
iki əsər var idi. Diqqətimi çəkən ilk əsər "Milçəklər Kralı" əsəri oldu. Kitabın
arxasında Qoldinqin bu əsərlə dünya şöhrəti qazandığı yazılmışdı. Əsəri oxumağa
başladım və tez bir müddətdə bitirdim. Olduqca təsirli olan bu əsərdə Qoldinq gələcəkdəki
müharibədən qorunmaq məqsədi ilə uşaqların aparıldığı təyyarənin qəzaya
uğrayaraq dənizə düşməsini və xilas olan 6-12 yaş arasındakı uşaqların adadakı
sərgüzəştlərini yazmışdır. Bu adadakı hadisələri qeyd edərək qoldinq Böyük
Britaniya hegemonluğunun kiçik təsvirini vermişdi. Piqqi, Simonun vəhşiləşmiş
uşaqlar tərəfindən öldürülməsi və əsərin sonunda Ralfın onları xilas etməyə gələn
əsgərlərin ayaqları altına yıxlıaraq ağlaması mənə ən çox təsir edən hissələr
idi. Uşaqlar üçün yazılan bu əsərdə
Qoldinq Ralfın timsalında uşaqlara öz uşaqlıqlarının dəyərini bilməsini də
xüsusi ilə qeyd edir. Çünki oradakı uşaqlar öz uşaqlıqlarını unudaraq yaşlarına
uyğun olmayan işlər görür - adaya sahib olmaq istəyir, günahsız iki uşağı
öldürür. Ralf isə onları çəkindirməyə çalışır lakin bacarmır sonda tək qalır. Hər
kəsə məsləhət görürəm bu kitabı özünüz də oxuyun, ətrafınızdakı kiçiklərə də
oxudun.
Bu əsər əsasında 1990-cı ildə Harry Hookun rejissorluğu ilə çox gözl film çəkilmişdir.
şərh etdi: Elvin Sadıxov
0 comments:
Post a Comment