Çox sevdiyim yazarlardan biri, daha doğrusu birincisi Kolumbiyalı, Nobel mükafatçısı Gabriel Garcia Marquezdir. Hətta deyə bilərəm ki, ədəbiyyatı onun sayəsində sevdim. Bu yazıçı ilə tanışlığım 2il öncə qeyri-adi olduğu kimi, yazıçının özünü də qeyri-adi hörmət və rəğbətlə sevdim və onun əsərlərini oxuyaraq onun həyat və yaradıcılığını təqib etməyə başladım. Markesi digər yazıçılardan fərqləndirən cəhəti özünəməxsus "magik realizm" üslubudur.O söz sehirbazıdır. Bəzən ən adi 1cümləsi insanı dərindən düşünməyə vadar edir. Hər əsəri başqa aləmdir.
Əsərlərinin içində 1981-ci ildə yazılan ən mifik eyni zamanda ən real, həm də dedektiv məzmunlu əsəri "Gözlənilən bir qətlin tarixçəsi" (ispanca.Cronica de una muerte anunciada) povestidir. Hamının gözlədiyi, namus üstündə baş verəcək cinayət hekayətidir. Yazıçının uşaqlıqdan tanıdığı, uzaq qohumu, əsərin baş qəhrəmanı Santyaqo Nasarın başına gələcək hadisəni və hadisədən sonrakı araşdırmaları yazıçı öz dilindən nəql edir. "Gözlənilən birqətlin tarixçəsi"ni oxuduğum zaman özümü hadisələrin içində, hər obrazın yerində hiss edirdim. Çox həyəcanverici anlar hissetdirir və sanki insan faciənin abu-havasına daxil olur. Vakario qardaşlarının öz vəzifə borcu hesab etdikləri cinayəti işlətmələri barəsindəki planları, Anxela və onun həyatyoldaşının keçirtdiyi hisslər, Santyaqo Nasarın ölümü heyrətamiz şəkildə təsvir olunub. Nəql etdiyi hekayətin bir ayrı gözəlliyi, sehri var. Povestdə "mən" yazarkən özünü nəzərdə tutur.
Gözlənilən qətlin tarixçəsi Gabonun yaradıcılığına rəngarənglik verir,həm də avtobiorafik əsər təsiri bağışlayır, oxucuya Markeslə tanış olma imkanı yaradir.
Siz də oxuyun və deyin – əsl günahkar kimdir???
Əsərdə bəyəndiyim ifadələr:
-sevməyi də öyrənmək mümkündür.
-hərşeyin əzəli namusdur.
-sevgini nifrətdən,nifrəti sevgidən ayırmaq mümkün deyil.
-elə məhəbbət də namus deməkdir.
-lazım olduqda,tale bizi görünməz də edə bilər.
Xoşbəxtlik-məhəbbətin əvəzində mükafat deyil, elə məhəbbətin özüdür. Gabriel Garcia Marquez.

şərh etdi: Samara Markes (Səma Əkbərova)
0 comments:
Post a Comment