Çingiz Abdullayevin çox kitabın oxumuşdum, mənə onun əsərləri haqqında həmişə anam danışıb və maraqlı olub oxumuşam, hərçənd mən onun qədər oxuya bilmərəm heç, amma bacardığım qədər. Ən zövq aldığım əsəri isə "Mavi mələklər"di, bu onun ilk kitabıdı, mənim isə artıq Abdullayevin əksər kitabların oxuyandan sonra oxuduğum kitabdı. Anam həmişə mənə "sən mavi mələkləri oxumusan?" sualin verirdi, nəysə axır ki, ötən il qrup yoldaşımdan o kitabı tapdım və başladım oxumağa. Mükəmməl kitabdı. Əvvəli çox qarışıqdı, başa düşmək üçün əsərə ciddi yanaşmaq lazımdı, hətta dərs oxuduğumuz kimi. Bir neçə dəfə beynim yorulub, dayanmaq istəmişəm, amma nə yaxşı ki, dayanmamışam.
Əsərdə bir neçə xətt var, və əsas 4 qəhrəman, amma onları tanımaq belə çətin olur, amma sonradan qəhrəmanlara o qədər bağlanmışdım ki...Əsas da Luici, əsl adı Damiano Konti...onu lap əvvəldən sevmişdim...Əsər o qədər maraqlıydı ki, dərsdə, mühazirələrdə, hətta tənəffüsdə, avtobusda da oxuyurdum. Və mənə ən təsir edən sevimli Luicimin ölməyi oldu, həmin səhifələri oxuyanda o qədər aglamışdım ki, ondan sonra da əsər davam edirdi, amma mənim beynimdən onun ölümü silinmirdi, elə bil onu gülləliyəndə orda olmuşam, hətta indi yazanda belə o səhnə gözümün qabağında canlanır.
Bizim ən yaxşı tanıdığımız mükəmməl Dronqo, o bu əsərdə Qonsales adı ilə verilib. Dronqonu tanımaq üçün mütləq oxumaq lazımdı bu kitabı. Mənım "Mavi mələklər" haqqında təəssüratlarım yazmaqla bitməz, amma onu deyə bilərəm ki, dedektiv kitab oxuyan biri bunu mütləq oxumalıdı.
şərh etdi: Rzayeva Həqiqət
0 comments:
Post a Comment