Friday, May 4, 2012

Anar "Gürcü familiyası"

Friday, May 4, 2012

    İnsan çox şey oxuya bilər, amma hər oxuduğu ona xoş gəlməz. Hər insanın bir şeyə marağı var, kiminin dedektiv, kiminin sərguzəşt, kiminin sosial-məşiət, kiminin qəhrəmanlıq, kiminin də sevgi mövzusunda yazılara. Azərbaycan ədəbiyyatında sevgi mövzusunda yazılmış əsərlərdən biri, bəlkə də birincisi "Gürcü familiyası"dır.  
     Sovet dövrünün ən gur çağlarında yazılmış bu əsər bənzərsiz təsviri ilə həqiqətən də qəlbləri oxşayır. O dövrün Bakısının, insanlarının, gündəlik həyatının, tarixinın, gələcəyinin və keçmişinin əks olunduğu əsərdə 2 gəncin nakam məhəbbətindən söhbət açılır. Hadisələrin baş verən məkanı isə tarixi keçmişimiz olan İçərişəhərdir
     Əsəri oxuyan şəxs son dərəcə nostalji hisslərə qapılır, sanki hər şeyi öz gözü önünə gətirəcək. Əsər sanki gənclərə həqiqi məhəbbətin müqəddəs olduğunu göstərir, lakin eyni zamanda onu da göstərir ki, lazımi vaxtda lazımi addım atmaq lazımdır. 2 nəfərin arasına 3-cülərin girməsinə yol verməsinlər. Əsərin sonunda isə göndərilmiş bir "bağlama" yazıçının insanlara bir hədiyyəsidir- heç kim ümidsiz qalmasın. Hamının bir teleqram almağa ehtiyacı var....fərqi yoxdur, kimdən olur-olsun, hansı şəhərdən olur-olsun.
   "Gün keçdi' bu sözü biz özümüz haqqında heç vaxt deyə bilmərik. Bizim üçün sadəcə "Gün keçir" və yalnız biz həyatdan köçəndən sonra bizim haqqımızda deyəcəklər ki, "Filankəs üçün GüN KEÇDİ". Necə ki, biz bu esəri oxuyub deyirik. Əsmər və Oktay üçün "Gün keçdi".

"Unut məni səhərlər, gündüzlər unut!"-dedi
Ulduzlu gecələrdə unut məni əbədi
Axşamlar yada salma, xatirələrə dalma
Düşürsən yadıma yağanda yağışlar
Bağışla, gözəl yar, bağışla, bağışla...

                                                         şərh etdi: Orxan Baxşıyev

1 comments:

Latafat said...

Bizim yaşımız - bizim ümumi vətənimiz idi

Post a Comment

 
◄Design by Pocket