Bəzən elə kitablar var ki, insan oxuyanda bəzi məqamlarda özünü tapır. Öz həyatından franqmentləri görür. Bəzən insanın özünün özünə deməyə çəkindiyini kitab sənə deyir. Bax bu kitabı oxuyanda bunların hamısıyla qarşılaşdım. Hərdən insanlar ölkə fərqləri eliyirlər. Müxtəlif ölkələrdə yaşayan insanları yerlərinə görə ayırıllar. Amma adam fərqli millətdən olan müəlliflərin kitablarını oxuduqca, filmlərdə, televizorda və s. yerdə gördükcə başa düşürsən ki, bu boş düşüncədi. Hər yerin axmağı da var, ağıllısı da, monotonu da, fərqlisi də. Düzdü bəzi fərqliliklər var. Yəni bunları artıq deməyə ehtiyac yoxdu, olmalıdı da. Amma ümumilikdə dediyim kimidi. Amerika mühitində böyüyən bir uşağın - Holdenin həyatını Azərbaycan mühitində böyüyən mən oxuduqca çoxlu eynilikləri gördüm. Tək öz həyatımdan yox ətrafımda olan yaşıdlarımından həyatlarından hissələr gördüm. Belə kitablar lazımdı. Bu cür həqiqəti çəkinmədən üzünə deyən kitabları oxumaq vacibdi. Tarix boyu belə kitablar qadağan olunub. Elə bu kitabda o vaxtlar qadağan olunanlar siyahısında olub. Və bu siyahıda Amerikada ən çox oxunan kitablardan biri olub. John Lennon`u öldürən fanatı da bu kitabdan təsirlənərək onu öldürməyi qərara alıb. Almaq və oxumaq lazımdı
şərh etdi: Fe Rat
0 comments:
Post a Comment