Lauren, şəhər
xəstəxanasının reanimasiya şöbəsində təcrübə keçən gənc həkimdir. Keçirdiyi
ağır yol qəzası nəticəsində elə həmin xəstəxananın reanimasiya şöbəsinə
yerləşdirilir. Lauren komaya düşür. Baş həkim onun heç bir şansının olmadığını
deyərək aparatın söndürülməsini təkid edir. Bu zaman isə Lauren onun evində
kirayənişin olan gənc memar Arthur`la tanış olub dostlaşır. Lakin, Lauren
komadadır və ünsiyyət bacarığından məhrumdu..Belə olan halda onun Arthur`la
tanış olması da mümkünsüz olmalıdı axı....
Beləliklə, kitab üçün
deyilən bir fikirlə razılaşaraq mən də onu “böyüklər üçün nağıl” adlandırardım. İnsan real
həyatda bu cür hadisələrlə rastlaşmaq imkanına sahib olmadığından hərdən bu qəbildən olan roman və ya filmlərlə başını qatmalı olur.Məhz bu əksikliyi doldurmaq üçün məsləhətli kitab olduğunu deyə bilərəm. Dediyim kimi, həyatda bu tip hadisələrin boşluğunu doldurmaq, özünü roman qəhrəmanları yerinə qoyub virtual macəra yaşamaq istəyən romantiklər üçün oxumalarını lazım bildiyim əsərdir.
0 comments:
Post a Comment