Bu kitabla harda qarşılaşmağım dəqiq yadımda deyil, amma o yadımdadır ki, kitablara təzə maraq göstərdiyim vaxtlar eşitmişdim adın, sonra kitab dükanında görmüşdüm, tərəddüd edib almadım. və elə gətirdi ki, yazıçının özündən almalı oldum.
oxuduqca mənə ali məktəbə hazırlıq illərimi xatırlatdı, hər şeyə daha çox maraqlı olduğum illərdə ətrafda baş verənlərin əksin gördüm. kitab bu baxımdan məxsusi oldu, yəni digər oxuculardan daha fərqli baxışla yanaşdım, elə fikirlərim və o fikirlə açar yarandı ki, çətin sözlə ifadəsi izahlı olsun.
həmşəki kimi kitaba son, orta və əvvəldən sətirlər oxumaqla başladım. başlıqdan gözümə bu ifadə dəydi, "suallar ən çox tənha insanları incidir". və başqa oxuduğum sətirlər əsasında kitabı yarılayanda artıq sonun sujetini özüm qurmuşdum:)
mövcud dövrü əks etdirən sujet xətti var, gənclər, onların ətraf mühiti, davranışı, "azadlıq" şüasına baxışı, düşünülməmiş atılan addım, son və fayda verməyən peşmanlıq. obrazları xırdalayıb əsəri açmaq istəmirəm, özünüz oxuyun daha aydın olacaq hər şey, ən əsası əsərə qarşı öz fikrinizi formalaşdırın. sonda onu deyim kitabın ən gözəl şüarı bu oldu mənimçun "sualı bilməyənlərə verib pessimizmə, inkara qapılma, biləndən öyrən, cavab axtar".
şərh etdi: Mehrəliyeva Günel
Friday, October 5, 2012
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment