Thursday, May 10, 2012

Əli Əkbər "Amneziya"

Thursday, May 10, 2012
       Aprel ayı idi. Nədənsə darıxırdım. Yeni bir şey kəşf etmək istəyirdim. Elə bir şey istəyirdim ki, onu özümə yol seçim. Qərara gəldim bəlkə bu ayı kitab oxuyam. Birinici fikirləşdim ki, xarici əsər oxuyam. Ancaq sonra bir gün sinif yoldaşımın profilində Amneziya adlı əsər haqqında təriflərlə dolu status gördüm. Statusa şərh yazdım və soruşdum ki, bu necə kitabdı? Kim yazıb? Sinif Yoldaşım: Zooor kitabdı,  söyüşdə var, siyasətdə, ər arvad münasibətləri.. və.s Əli Əkbər yazıb.. Bir az təəcübləndim. Çünkü heç vaxt ağlıma gəlməzdi ki, Azərbaycan əsərlərində söyüş işlədilsin. (yəni söyüşlü dialoq nəzərdə tuturam) Və yaxud erotik səhnələr olsun. Lakin sən demə bütün müasir əsərlər belədi.
         Mən heç vaxt müasir əsər oxumamışdım. Uzun sözün qısası bu əsəri almağa qərara gəldim. Həmin gün küçədə kitabı vərəqləyə-vərəqləyə gedirdim. Elə bil birinci dəfədi ki, kitab görürdüm. Kitabı bağlayıb cibimə yerləşdirdim.Sonra avtobusa mindikdən sonra yenə kitabı açmağa başladım. Kitab oxumamışdım amma mənə elə gəlirdi ki, bu yaxşı əsərdi. Elə bil ki, kitab özü deyridi: Gəl məni oxu.  İlk səhifəni açdıqda yazılandan əsərin siyasi satira olduğunu bildim. Əsər utopiya və anti-utopiya janrında qələmə alınıb. Burada baş qəhrəman Murad adlı stamatoluqdu. Baş qəhrəman inqilabçıdır. Əsərdə onun tələbəlik illəri, ailə münasibətləri, hər şey haqda yazılıb. Lap başlıqda oxuyanda bir İslam Milli haqda məlumat alcaqsız amma 22 səhifədən ibarətdir. Elə ki, qutardız əsərin ən gözəl yerləri başlamış olacaqsız. Burda Muradın nə başına gəldiyini ola bilsin ki, anlamayacaqsız lakin bir xeyli səhifə getdikcə çoxlu şeylər kəşf edəcəksiz. Daha doğrusu kəşf yox həqiqətlər tapacaqsız. Azərbaycan xalqının bütün problemləri demək olar ki, bu əsərdə təsvir edilib. Çoox yazmaq istəməzdim, çünkü onda maraq itəcək.




                                                  şərh  etdi: İlqar Abbas

0 comments:

Post a Comment

 
◄Design by Pocket