Saturday, May 12, 2012

Patrik Züskind "Ətriyyatçı"

Saturday, May 12, 2012
        Olduqca təsirli və qeyri-adi bir roman. İlk öncə kitabın adı məni cəlb etmişdi və oxuduqca Züskindin heyranedici tərzi insanı valeh edir. 
      Müdhiş qoxualma bacarığı olan, lakin öz qoxusu olmayan Qrenuyun daxili aləminə səyahət etmiş olacaqsınız. Yazıçı bir sıra ətirləri elə ustalıqla təsvir edir ki, oxuduqca burnunuza həmin qoxular gəlir, yəni hiss edə bilirsinizsiniz. Belə məqamlardan biri də Züskindin məftunedici bir dəqiqliklə dənizin ətrini təsvir etdiyi hissədir. Sujet xətti gözlənilməz və təəccübləndiricidir. Qrenuy 25 qadını qətlə yetirib onların ətirlərinin sintezi nəticəsində müdhiş ehtiras ətrini yaradır, hansı ki, bu ətrin bircə damlası insanların başını döndürməyə, onları ehtirasdan dəli etməyə vadar edə bilir. Və Qrenuy bu ətirlə dünyanı idarə edə bilərdi, lakin onun qərarı gözlənilməz və qeyri-adi olur. Bunu bilmək üçün kitabı oxumağınızı tövsiyyə edirəm.


                                                        şərh etdi: Elza Aslanova 

0 comments:

Post a Comment

 
◄Design by Pocket