Kitabı almış və aylarca oxumağa vaxt tapmamışdım. Bitirəndən sonra kaşki daha tez oxusaydım dediyim bir kitab oldu. Bu kitabı dövlət imtahanı ,praktika, diplom işini yazdığım çox gərgin bir ərəfədə oxumuşdum. Artur və padresinin bir birinə sevgisi ilə başlıyır kitab. Bir insanın başına gələ biləcək ən dəhşətli anları keçirir Artur ya da Feliks Rivares. Feliks Rivares adı daha doğmadı mənə niyəsə...Çöhrəsindəki şramı, sol əlindəki şikəstliyi sanki hiss eliyirdim oxuyarkən. Hər dəfəsində də nəyisə səhv anlaması. Cemmanın ona xəyanət etdiyini düşünməsi. Yenidən qayıdışı...Kitabın hər sətri hisslərini titrədir insanın. Padresini qarabaqara izləməsi onu incitmək üçün əlindən gələni etməsi sevdiyi halda belə.Nifrəti daha çox idi ya sevgisi heç özü də anlaya bilmirdi bəlkə də onu incidən də elə sevgisi idi padresinə qarşı olan sevgisi. Ən təsir edən hisslərdən biri həbsdən qaçmaq üçün pəncərənin dəmirlərini sındırır amma son anda qapıdan çıxa bilmir xəstəliyi ona imkan vermir. Bu yerini dəfələrlə oxuyub sonra kitabı kənara qoyurdum gözlərimi yumurdum. Bir saniyə sonra yenə kitab əlimdəydi. Onun padresi ilə mübarizəsi əslində inandıqlarının ona xəyanət etməsi onu çox incidirdi amma bir insan ancaq bir bu qədər əzablarını içinə ata bilər öz hisslərini gizlədə bilərdi bu da Ovod idi.
Ən çox sevdiyim hissə sondakı məktubdan misralar.
"Помните, я поцеловал вашу руку, и вы так жалобно просили меня «никогда больше этого не делать»? Я знаю, это было нехорошо с моей стороны, но вы должны простить меня. А теперь я целую бумагу, на которой написано ваше имя. Выходит, что я поцеловал вас дважды и оба раза без вашего согласия. Вот и все. Прощайте, моя дорогая!"
Mütləq oxunulası bir kitabdı..gecikmiyin Ovodu tanımağa.
şərh etdi: Stoney Balboski
0 comments:
Post a Comment