Thursday, March 29, 2012

Ivan Turgenyev - "İlk məhəbbət"

Thursday, March 29, 2012
      İ.S.Turqenevin "İlk məhəbbət" povesti ilə "Asya" povesti arasında müəyyən oxşarlıqlar mövcuddur. Hər iki povestdə, baş qəhrəman ilk məhəbbətindən danışır. "Asya" povestində baş qəhrəman, cənab N.-in dinləyicilərinin kim olduğunu təxmin edə biləriksə, "İlk Məhəbbət"-də personajlar və vəziyyət daha konkretləşdirilmiş formadadır.
Povest hər biri 2-3 səhifəni ötməyən, 22 başlığı özündə cəmləyir. Hər ötən səhifədə hadisələrin, təəssüratların, baş qəhrəmanın necə böyüdüyü oxucuya çatdırılır. Povest belə başlayır: Dostlar toplaşaraq maraqlı mövzu ətrafında söhbət etməyi qərarlaşdırırlar. Bu dəfə söhbət İlk məhəbbətdən düşür. Məlum olur ki, dostlardan ikisinin danışmağa heçnələri olmasa da, 40 yaşlı, subay Vladimir Petroviçin danışmağa uzun bir hekayəsi var.
Baş qəhraman Volodyanın böyüdüyü ailə, zəngin soyada, zahirən ədəbli görünüşə malik olsa da ailə üzvləri mənən zərbə almış insanlar idi. 16 yaşlı gənc ailədə olan bu gərginliyi hiss edirdi.O bilirdi ki, zadəgan mühitində anasının və atasının arasında adi, sevgisiz bir nigah baş tutmuşdu. Povestdə, anasının həyat dramı haqqında danışarkən Volodya atasının hələ cavan və yaraşıqlı ikən özündən yaşca böyük anası ilə mənafeyinə görə nigaha girdiyini bildirir.
Baş qəhramanın ilk məhəbbəti, qonşuluğa anası ilə birgə köçmüş Zinaidaya aşiq olması ilə başlayır. Ancaq təbii ki, 20 yaşlı Zinaida 16 yaşlı pərəstişkarına yuxarılardan baxırdı. Səmimi söhbət zamanı o,Volodyaya xalası yaxud bacısı yaşında olduğuna eham vurur. O vaxtkı hisslərini analiz edib, çatdırmağa çalışan Vladimir Petroviç də,povestdə bir neçə dəfə: "Mən hələ uşaq idim" deyə təkrarlayır.
Povestdə Volodyanın əsas rəqibləri kimi doktor Luşin, şair Maydanov, qraf Malevski, istefaya çıxmış kapitan Nirmaski və qusar Belovzorov göstərilməsinə baxmayaraq, məhz kişiliyin münunəsi kimi gördüyü atasının onun əsas rəqibi olmasından bixəbər idi. Nəyə görə məhz atası?
Belovzorov və Luşin kimi Volodyanın atası da hisslərinin qurbanı olur. Atasının insultuna səbəb olan, Moskvadan gələn məktubun tərkibinin nədən ibarət olduğundan oxucular xəbərsiz qalır. Sevimli qadının xoşbəxtliyi Volodyanın atasının qürurunu belə sındırır. O, ölümündən əvvəl xanımından nəsə haqqında xahiş edir və hətta ağlayır. Oğluna qoyduğu ölümqabağı məktubunda isə Volodyaya deyir: "Mənim oğlum, qadın sevgisindən qorx, bu xoşbəxtlikdən qorx, bu zəhərdir…".
Finalda sevgidə gecikməməyin necə önəmli olduğunu vurğulanır.
Volodya Zinaidanın müvəqqəti Peterburqa gəldiyindən xəbər tutur. Mehmanxanaya Zinaidanı görmək üçün gedəndə artıq gec idi...
Müəllif: Leyla Kərimova

0 comments:

Post a Comment

 
◄Design by Pocket