Monday, May 7, 2012

Etel Lilian Voyniç "Ovod"

Monday, May 7, 2012 0

     Kitabı almış və aylarca oxumağa vaxt tapmamışdım. Bitirəndən sonra kaşki daha tez oxusaydım dediyim bir kitab oldu. Bu kitabı dövlət imtahanı ,praktika, diplom işini yazdığım çox gərgin bir ərəfədə oxumuşdum. Artur və padresinin bir birinə sevgisi ilə başlıyır kitab. Bir insanın başına gələ biləcək ən dəhşətli anları keçirir Artur ya da Feliks Rivares. Feliks Rivares adı daha doğmadı mənə niyəsə...Çöhrəsindəki şramı, sol əlindəki şikəstliyi sanki hiss eliyirdim oxuyarkən. Hər dəfəsində də nəyisə səhv anlaması. Cemmanın ona xəyanət etdiyini düşünməsi. Yenidən qayıdışı...Kitabın hər sətri hisslərini titrədir insanın. Padresini qarabaqara izləməsi onu incitmək üçün əlindən gələni etməsi sevdiyi halda belə.Nifrəti daha çox idi ya sevgisi heç özü də anlaya bilmirdi bəlkə də onu incidən də elə sevgisi idi padresinə qarşı olan sevgisi. Ən təsir edən hisslərdən biri həbsdən qaçmaq üçün pəncərənin dəmirlərini sındırır amma son anda qapıdan çıxa bilmir xəstəliyi ona imkan vermir. Bu yerini dəfələrlə oxuyub sonra kitabı kənara qoyurdum gözlərimi yumurdum.        Bir saniyə sonra yenə kitab əlimdəydi. Onun padresi ilə mübarizəsi əslində inandıqlarının ona xəyanət etməsi onu çox incidirdi amma bir insan ancaq bir bu qədər əzablarını içinə ata bilər öz hisslərini gizlədə bilərdi bu da Ovod idi.
        Ən çox sevdiyim hissə sondakı məktubdan misralar.  "Помните, я поцеловал вашу руку, и вы так жалобно просили меня «никогда больше этого не делать»? Я знаю, это было нехорошо с моей стороны, но вы должны простить меня. А теперь я целую бумагу, на которой написано ваше имя. Выходит, что я поцеловал вас дважды и оба раза без вашего согласия. Вот и все. Прощайте, моя дорогая!"
Mütləq oxunulası bir kitabdı..gecikmiyin Ovodu tanımağa.

                                                        şərh etdi:  Stoney Balboski

Çingiz Avdullayev "Mavi mələklər"


       Çingiz Abdullayevin çox kitabın oxumuşdum, mənə onun əsərləri haqqında həmişə  anam danışıb və maraqlı olub oxumuşam, hərçənd mən onun qədər oxuya bilmərəm heç, amma bacardığım qədər. Ən zövq aldığım əsəri isə "Mavi mələklər"di, bu onun ilk kitabıdı, mənim isə artıq Abdullayevin əksər kitabların oxuyandan sonra oxuduğum kitabdı. Anam həmişə mənə "sən mavi mələkləri oxumusan?" sualin verirdi, nəysə axır ki, ötən il qrup yoldaşımdan o kitabı tapdım və başladım oxumağa. Mükəmməl kitabdı. Əvvəli çox qarışıqdı, başa düşmək üçün əsərə ciddi yanaşmaq lazımdı, hətta dərs oxuduğumuz kimi. Bir neçə dəfə beynim yorulub, dayanmaq istəmişəm, amma nə yaxşı ki, dayanmamışam.
       Əsərdə bir neçə xətt var, və əsas 4 qəhrəman, amma onları tanımaq belə çətin olur, amma sonradan qəhrəmanlara o qədər bağlanmışdım ki...Əsas da Luici, əsl adı Damiano Konti...onu lap əvvəldən sevmişdim...Əsər o qədər maraqlıydı ki, dərsdə, mühazirələrdə, hətta tənəffüsdə, avtobusda da oxuyurdum. Və mənə ən təsir edən sevimli Luicimin ölməyi oldu, həmin səhifələri oxuyanda o qədər aglamışdım ki, ondan sonra da əsər davam edirdi, amma mənim beynimdən onun ölümü silinmirdi, elə bil onu gülləliyəndə orda olmuşam, hətta indi yazanda belə o səhnə gözümün  qabağında canlanır. 
      Bizim ən yaxşı tanıdığımız mükəmməl Dronqo, o bu əsərdə Qonsales adı ilə verilib. Dronqonu tanımaq üçün mütləq oxumaq lazımdı bu kitabı. Mənım "Mavi mələklər" haqqında təəssüratlarım yazmaqla bitməz, amma onu deyə bilərəm ki, dedektiv kitab oxuyan biri bunu mütləq oxumalıdı.

                                                                şərh etdi: Rzayeva Həqiqət

Friday, May 4, 2012

Anar "Gürcü familiyası"

Friday, May 4, 2012 1

    İnsan çox şey oxuya bilər, amma hər oxuduğu ona xoş gəlməz. Hər insanın bir şeyə marağı var, kiminin dedektiv, kiminin sərguzəşt, kiminin sosial-məşiət, kiminin qəhrəmanlıq, kiminin də sevgi mövzusunda yazılara. Azərbaycan ədəbiyyatında sevgi mövzusunda yazılmış əsərlərdən biri, bəlkə də birincisi "Gürcü familiyası"dır.  
     Sovet dövrünün ən gur çağlarında yazılmış bu əsər bənzərsiz təsviri ilə həqiqətən də qəlbləri oxşayır. O dövrün Bakısının, insanlarının, gündəlik həyatının, tarixinın, gələcəyinin və keçmişinin əks olunduğu əsərdə 2 gəncin nakam məhəbbətindən söhbət açılır. Hadisələrin baş verən məkanı isə tarixi keçmişimiz olan İçərişəhərdir
     Əsəri oxuyan şəxs son dərəcə nostalji hisslərə qapılır, sanki hər şeyi öz gözü önünə gətirəcək. Əsər sanki gənclərə həqiqi məhəbbətin müqəddəs olduğunu göstərir, lakin eyni zamanda onu da göstərir ki, lazımi vaxtda lazımi addım atmaq lazımdır. 2 nəfərin arasına 3-cülərin girməsinə yol verməsinlər. Əsərin sonunda isə göndərilmiş bir "bağlama" yazıçının insanlara bir hədiyyəsidir- heç kim ümidsiz qalmasın. Hamının bir teleqram almağa ehtiyacı var....fərqi yoxdur, kimdən olur-olsun, hansı şəhərdən olur-olsun.
   "Gün keçdi' bu sözü biz özümüz haqqında heç vaxt deyə bilmərik. Bizim üçün sadəcə "Gün keçir" və yalnız biz həyatdan köçəndən sonra bizim haqqımızda deyəcəklər ki, "Filankəs üçün GüN KEÇDİ". Necə ki, biz bu esəri oxuyub deyirik. Əsmər və Oktay üçün "Gün keçdi".

"Unut məni səhərlər, gündüzlər unut!"-dedi
Ulduzlu gecələrdə unut məni əbədi
Axşamlar yada salma, xatirələrə dalma
Düşürsən yadıma yağanda yağışlar
Bağışla, gözəl yar, bağışla, bağışla...

                                                         şərh etdi: Orxan Baxşıyev

Paulo Koelyo “Veronika ölmək qərarına gəlib”


Ümidsizlik və sıxıntı içində üzər bəzən insan. Həyata aid hər şeyi silib atmaq nöqtəsinə gələ bilərik. Yaşamaqdan zövq almağı unuduruq və yalnız acımızı düşünməyə başlayırıq. Sloveniyanin Ljubljana şəhərində yaşayan Veronika da özünü belə hiss edir və intihar etməyə qərar verir. Üzücü olduğu qədər eyni zamanda düşündürən bir roman “Veronika ölmək qərarına gəlib”. Onsuz da P.Koelyonun bütün romanları eyni şəkildə insanın diqqətini cəlb edir. Veronika əslində psixoloji sarsıntı keçirmiş hesab oluna bilər. Necə ki, hekayənin çox hissəsi əqli və ruhi cəhətdən zəif olanlar xəstəxanasında keçir. Kitabın sonu isə çox oxucunu təəccübləndirəcək, bu da Koelyonun dahiliyinin sübutu olacaq.
                                 

                                                şərh etdi: Könül Tahiri

Wednesday, May 2, 2012

Corc Oruell "Heyvanıstan"

Wednesday, May 2, 2012 0


Bu yaxınlarda bir neçə dostumla münasibətim pozuldu. Səbəb - "Azadlıq" prinsipi ilə fəaliyyət göstərən qeyri hökümət təşkilatlarına qoşulmaları idi. Elə eyni vaxtda da əlimə bir kitab keçdi. Corc Oruellin seçilmiş əsərləri. İlk öncə mündəricatını açdım diqqətimi cəlb edən ilk əsər - "Heyvanıstan" povesti oldu. Əsəri oxumağa başladım. Oruell sanki fikirlərimi oxumuşdu. Dostlarımı fikirləşdim.Yuxarıda qeyd etdiyim təşkilatların başçıları bu əsərdə donuzlarla, dostlarım isə digər heyvanlarla əvəz edilmişdi. Mövcud dövlət isə insanlar kimi ifadə olunmuşdu. Əsərin sonunda müəllif yazmışdı: "Heyvanlar təəccüb dolu baxışlarını donuzlardan insanlara, sonra isə təkrar insanlardan donuzlara çevirirdilər. Gözlərini zilləyib təkrar-təkrar baxırdılar. Lakin artıq onları bir-birindən fərqləndirmək, kimin kim olduğunu ayırd etmək mümkün deyildi.". Əsər mənə əla təsir bağışladı. 

Hamıya oxumağı məsləhət görürəm. Xüsusilə də dostlarıma.


                                                         şərh etdi: Elvin Sadıxov


      bu da kitabı realda müzakirə üçün tədbir:   https://www.facebook.com/events/252304408200366/

Sunday, April 22, 2012

Çingiz Abdullayevdən cavablar...

Sunday, April 22, 2012 0

Şəlalə Mustafayeva: -Mənə maraqlıdı ömrü boyu detektiv janrında əsərlər yazmış 1şəxs nə vaxtsa heç cizgi filminə baxıbmı? Və əgər baxıbsa özünü hansı personajda görüb?

Çingiz Abdullayev: -Özümü heç bir personajda görmürəm. Cizgi filmlərin çox xoşlayıram. Axırıncı cizgi filmləri çox xoşuma gəlir, əsasən də Şrek.

Xəzər Bağırlı: -Dedektiv janrından kənar hansısa janrda yazmaq fikriniz var?

Çingiz Abdullayev: -Mən yalnız detektiv yazmıram. Tarixi əsərlərim də var, tarixçi olmasam da Sezardan yazmışam, məhəbbət romanlarım da var. Indi istəyirəm böyük fantastik roman yazım. Təbii ki, mənə maraqlı olduğu üçün bu janrda yazıram. Mənə maraqlı olmasa heç kitab yazmaram, elə olub ki 27-i saat 10-15 dəqiqəlik 4 fasilə ilə masa arxasında oturub kitab yazmışam
.
Rafael Muradxanlı: -Tәcrübә nümunәlәri ilә işlәmәk xoşunuza gәlir? Vә bir dә portagal şirәsini sevirsiniz? Çingiz Abdullayev: - Bəli, həm təcrübə materialları ilə işləməyi xoşlayıram, həm də portağal şirəsini.

Orxan Ismayıllı: - Əsərlərinizdə həm qatilləri, həm qadınların, həm hadisələri obrazların psixologiyasını çox dolğun təsvir etmisiniz. Buna necə nail olursunuz?

Çingiz Abdullayev: - yəqin ki yaxşı yazıçıyam ona görə. Çoxu hətta qadınlar haqqında yazdığım 4 kitabı deyir ki, siz yazmamısız. Lev Tolstoy doğuşdan yazıb, Mark isə heç vaxt içki içmədiyi halda içkidən gözəl yazırdı.

Nicat Qurbanov: - Niyə məhz Dronqo? Dronqo qus adıdır. Səhv etmirəmsə o bütün quşları yamsılaya bilir. Ad çox dedektiv səslənir. Təəccüblü və şübhəli, həm də maraqlı və cəlbedici addır.

Çingiz Abdullayev: - Mən bilmirdim ki bu obraz belə məşhur olacaq. Mən sovet dövründə bunu yazanda düşündüm ki qoyduğum ad ümumi olsun, bütün millətlər onu qəbul etsin. Ona görə belə ad düşündüm. Indi çoxu deyir ki bu adı dəyiş azərbaycanlı adı qoy, bu haqda fikirləşirəm nəzərdə tutduğum bir ad var, bəlkə o adda yazdım.

Emil Xəlilov: - 1-niyə məhz Cil italyandir?
2-Hər bir insanın yaşadığı həyatda sirrini böldüyü, fikirlərinə şərik çıxa bilən dostları var. əsərlərdə Dronqonun Edqar adlı həm dostu, həm də koməkçisi var. Nəzərə alsaq ki, Dronqo müəllifimizdirsə, o zaman Edqar kimdi?

Çingiz Abdullayev: - 1-Onu qəsdən yazmışam, yəni belə təcrübəli ekspertin ailəsi Rusiya ya da Azərbaycanda olsa o işləyə bilməz. Onun ailəsini girov götürə bilərlər, belə rahat işləyə bilməz.
2- əsərlərdəki kimi dostum və köməkçim var idi. Afrikida olarkən o həlak oldu. Artıq 27-28 il keçir amma hesab edirəm ki o hələ də sağdır, mənimlə oturub ünsiyyətdə olur. Edqar obrazı mənim o dostumdur, ona həsr etmişəm o obrazı. “Mavi mələklər”də bu haqda var və bu əsər 90% həyatda olanlardır.

Ibrahim M-zade: -Artur Conan Doyle Şerlok Homsa nifrət edirdi. Bəs siz necə öz Dronqonuza necə münasibət bəsliyirsiz?

Çingiz Abdullayev: - o Şerlok Homsa nifrət etmirdi, deyir di bu obraz onun o biri ədəbiyyatını yeyib. Mən sevinirəm ki mənim qəhrəmanınm belə məşhurdur və sevirlər.

İsmayıl İsmayılov: -Salam Çingiz bəy. Sizinlə bir neçə dəfə görüş-tədbirlərdə qarşılaşmışam. Hər dəfə müsbət enerji duyuram sizdən. Əsəbləşdiyinizi, nəsə kiməsə pis söz dediyinizi, görməmişəm. Həmişə sakit, mülayim görünürsünüz. Bunun sirri nədədir? Digərlərinə qarşı həmişə mehriban görünməyi necə əldə edirsiniz? Sizi yəqin bəyənməyənlər, tənqid edənlər də az deyil, əsəblərinizi necə cilovlayırsınız?

Çingiz Abdullayev: - mən hesab etmirəm ki kimdənsə küsməliyəm, pis davranmalıyam, ya kimsə mənə təsir etməlidir. Fikirləşirəm ki 26 mln kitabım nəşr olunub, qoy mən haqda danışanın 5 mln kitabı çıxsın, onda mənlə bərabər olacaq, bərabər deyilsə mən ona nə cavab verim. Mənə qarşı deyilənlərə heç nə demirəm. Nəyi sübut edim, sübut edim ki kitablarım satılır? Bu ki açıq aydındı
.
Nicat Qasımov: -Bu yaxınlarda Rusiya və Moldovadan rejissor və ssenarist qonaqlarınız olub, bu qonarlar hansısa əsərinizə film çəkməyi planlaşdırır?

Çingiz Abdullayev: - Qonaqlarım Rusiya və Amerikadan olub, 2 əsərə kino çəkmək istəyirlər. Birində hətta tanınmış aktyor Mironov oynamaq istəyir.

Əliyeva Zəhra: -Salam Çingiz bəy. Həyatınızda elə məqam olubdur ki, esərinizdəki kimi "3-cü variant"dan istifadə edəsiniz?

Çingiz Abdullayev: - bəli çox olub. Ümumiyyətlə hər bir insan həyatında "3-cü variant"dan istifadə etməli olur.
                                                                                                            Hazırladı: Mehrəliyeva Günel

Marc Levy - əgər həqiqət olsaydı

               
Yazıçının ilk romanı olub 2000-ci ildə nəşr olunub. Nəşr olunduğu il bestseller`lər sırasına daxil olur və həftələrcə mövqeyini saxlaya bilir.Yazıçıya dünya şöhrəti qazandıran roman, 28 dilə tərcümə olunur.Həmçinin məşhur rejissor Stiven Spielberg tərəfindən ekranlanşdırılır. “Cənnət kimi” adlanan film  romantik-komediya janrında çəkilir və ən az kitab qədər maraqla qarşılanır.

Lauren, şəhər xəstəxanasının reanimasiya şöbəsində təcrübə keçən gənc həkimdir. Keçirdiyi ağır yol qəzası nəticəsində elə həmin xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilir. Lauren komaya düşür. Baş həkim onun heç bir şansının olmadığını deyərək aparatın söndürülməsini təkid edir. Bu zaman isə Lauren onun evində kirayənişin olan gənc memar Arthur`la tanış olub dostlaşır. Lakin, Lauren komadadır və ünsiyyət bacarığından məhrumdu..Belə olan halda onun Arthur`la tanış olması da mümkünsüz olmalıdı axı....

Beləliklə, kitab üçün deyilən bir fikirlə razılaşaraq mən də onu “böyüklər üçün nağıl” adlandırardım. İnsan real həyatda bu cür hadisələrlə rastlaşmaq imkanına sahib olmadığından hərdən bu qəbildən olan roman  və ya filmlərlə başını qatmalı olur.Məhz bu əksikliyi doldurmaq üçün məsləhətli kitab olduğunu deyə bilərəm. Dediyim kimi, həyatda bu tip hadisələrin boşluğunu doldurmaq, özünü roman qəhrəmanları yerinə qoyub virtual macəra yaşamaq istəyən romantiklər üçün oxumalarını lazım  bildiyim  əsərdir.




                                                                                                                                                                        şərh etdi: Aysu Sürəyya
 
◄Design by Pocket►