Tuesday, May 8, 2012

Viktor Hüqo “ Paris Notre Dam kilsəsi “

Tuesday, May 8, 2012
       Bu roman əsasında çəkilmiş filmə yəqin ki, hər kəs baxıb, baxmayanlar da Kvazimodadan xəbərsiz deyildirlər məncə. Elə mən də filmdən sonra heç vaxt romanı oxumaq fikrinə düşməmişdim çünki, film olduqca zəif ekranlaşdırılıb. Amma bu yaxınlarda bir dostum əsəri mütləq oxumalı olduğumu dedi və əldə edib oxumağa başladım. Bəli utanc hissi ilə qeyd edirəmki Hüqonun bu əsrərəngiz romanını yenicə oxumuşam. Yazarı bu əsəri yazmağa ilhamlandıran qədim Notr Dam kilsəsinin divarına gotik stilində qazınan “bədbəxt tale” sözləri olub. Hüqonun ustalığı sayəsində qəhrəmanların hisslərinə dalıb onlarla birgə göz yaşı tökməmək əldə deyil. Elə onlarla birgə Esmeraldaya aşiq olma ehtimalı da var. Bir sözlə bu oxuduğum ən təsirli sevgi hekayəsidir. Kvazimodanın Esmeralda haqqında xəyalları, onun üçün oxuduğu musiqi insanlıqdan təcrid olunmuş bu əcaib varlığın imkansız sevgisini hüzünlü bir şəkildə ifadə edir. Keşişin günah mələyi hesab etdiyi qadına yalvarmağı, onun qarşısında diz çöküb ağlamağı əvəzolunmaz səhnədir. Məncə, bir sevgi hekayəsi ancaq bu qədər təsirli və unudulmaz ola bilər. Və gözlənilməz SON... Pesante

                                                    şərh etdi: Elza Aslanova

0 comments:

Post a Comment

 
◄Design by Pocket