Sunday, April 22, 2012

Marc Levy - əgər həqiqət olsaydı

Sunday, April 22, 2012
               
Yazıçının ilk romanı olub 2000-ci ildə nəşr olunub. Nəşr olunduğu il bestseller`lər sırasına daxil olur və həftələrcə mövqeyini saxlaya bilir.Yazıçıya dünya şöhrəti qazandıran roman, 28 dilə tərcümə olunur.Həmçinin məşhur rejissor Stiven Spielberg tərəfindən ekranlanşdırılır. “Cənnət kimi” adlanan film  romantik-komediya janrında çəkilir və ən az kitab qədər maraqla qarşılanır.

Lauren, şəhər xəstəxanasının reanimasiya şöbəsində təcrübə keçən gənc həkimdir. Keçirdiyi ağır yol qəzası nəticəsində elə həmin xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilir. Lauren komaya düşür. Baş həkim onun heç bir şansının olmadığını deyərək aparatın söndürülməsini təkid edir. Bu zaman isə Lauren onun evində kirayənişin olan gənc memar Arthur`la tanış olub dostlaşır. Lakin, Lauren komadadır və ünsiyyət bacarığından məhrumdu..Belə olan halda onun Arthur`la tanış olması da mümkünsüz olmalıdı axı....

Beləliklə, kitab üçün deyilən bir fikirlə razılaşaraq mən də onu “böyüklər üçün nağıl” adlandırardım. İnsan real həyatda bu cür hadisələrlə rastlaşmaq imkanına sahib olmadığından hərdən bu qəbildən olan roman  və ya filmlərlə başını qatmalı olur.Məhz bu əksikliyi doldurmaq üçün məsləhətli kitab olduğunu deyə bilərəm. Dediyim kimi, həyatda bu tip hadisələrin boşluğunu doldurmaq, özünü roman qəhrəmanları yerinə qoyub virtual macəra yaşamaq istəyən romantiklər üçün oxumalarını lazım  bildiyim  əsərdir.




                                                                                                                                                                        şərh etdi: Aysu Sürəyya
 
◄Design by Pocket