Sunday, April 22, 2012

Çingiz Abdullayevdən cavablar...

Sunday, April 22, 2012

Şəlalə Mustafayeva: -Mənə maraqlıdı ömrü boyu detektiv janrında əsərlər yazmış 1şəxs nə vaxtsa heç cizgi filminə baxıbmı? Və əgər baxıbsa özünü hansı personajda görüb?

Çingiz Abdullayev: -Özümü heç bir personajda görmürəm. Cizgi filmlərin çox xoşlayıram. Axırıncı cizgi filmləri çox xoşuma gəlir, əsasən də Şrek.

Xəzər Bağırlı: -Dedektiv janrından kənar hansısa janrda yazmaq fikriniz var?

Çingiz Abdullayev: -Mən yalnız detektiv yazmıram. Tarixi əsərlərim də var, tarixçi olmasam da Sezardan yazmışam, məhəbbət romanlarım da var. Indi istəyirəm böyük fantastik roman yazım. Təbii ki, mənə maraqlı olduğu üçün bu janrda yazıram. Mənə maraqlı olmasa heç kitab yazmaram, elə olub ki 27-i saat 10-15 dəqiqəlik 4 fasilə ilə masa arxasında oturub kitab yazmışam
.
Rafael Muradxanlı: -Tәcrübә nümunәlәri ilә işlәmәk xoşunuza gәlir? Vә bir dә portagal şirәsini sevirsiniz? Çingiz Abdullayev: - Bəli, həm təcrübə materialları ilə işləməyi xoşlayıram, həm də portağal şirəsini.

Orxan Ismayıllı: - Əsərlərinizdə həm qatilləri, həm qadınların, həm hadisələri obrazların psixologiyasını çox dolğun təsvir etmisiniz. Buna necə nail olursunuz?

Çingiz Abdullayev: - yəqin ki yaxşı yazıçıyam ona görə. Çoxu hətta qadınlar haqqında yazdığım 4 kitabı deyir ki, siz yazmamısız. Lev Tolstoy doğuşdan yazıb, Mark isə heç vaxt içki içmədiyi halda içkidən gözəl yazırdı.

Nicat Qurbanov: - Niyə məhz Dronqo? Dronqo qus adıdır. Səhv etmirəmsə o bütün quşları yamsılaya bilir. Ad çox dedektiv səslənir. Təəccüblü və şübhəli, həm də maraqlı və cəlbedici addır.

Çingiz Abdullayev: - Mən bilmirdim ki bu obraz belə məşhur olacaq. Mən sovet dövründə bunu yazanda düşündüm ki qoyduğum ad ümumi olsun, bütün millətlər onu qəbul etsin. Ona görə belə ad düşündüm. Indi çoxu deyir ki bu adı dəyiş azərbaycanlı adı qoy, bu haqda fikirləşirəm nəzərdə tutduğum bir ad var, bəlkə o adda yazdım.

Emil Xəlilov: - 1-niyə məhz Cil italyandir?
2-Hər bir insanın yaşadığı həyatda sirrini böldüyü, fikirlərinə şərik çıxa bilən dostları var. əsərlərdə Dronqonun Edqar adlı həm dostu, həm də koməkçisi var. Nəzərə alsaq ki, Dronqo müəllifimizdirsə, o zaman Edqar kimdi?

Çingiz Abdullayev: - 1-Onu qəsdən yazmışam, yəni belə təcrübəli ekspertin ailəsi Rusiya ya da Azərbaycanda olsa o işləyə bilməz. Onun ailəsini girov götürə bilərlər, belə rahat işləyə bilməz.
2- əsərlərdəki kimi dostum və köməkçim var idi. Afrikida olarkən o həlak oldu. Artıq 27-28 il keçir amma hesab edirəm ki o hələ də sağdır, mənimlə oturub ünsiyyətdə olur. Edqar obrazı mənim o dostumdur, ona həsr etmişəm o obrazı. “Mavi mələklər”də bu haqda var və bu əsər 90% həyatda olanlardır.

Ibrahim M-zade: -Artur Conan Doyle Şerlok Homsa nifrət edirdi. Bəs siz necə öz Dronqonuza necə münasibət bəsliyirsiz?

Çingiz Abdullayev: - o Şerlok Homsa nifrət etmirdi, deyir di bu obraz onun o biri ədəbiyyatını yeyib. Mən sevinirəm ki mənim qəhrəmanınm belə məşhurdur və sevirlər.

İsmayıl İsmayılov: -Salam Çingiz bəy. Sizinlə bir neçə dəfə görüş-tədbirlərdə qarşılaşmışam. Hər dəfə müsbət enerji duyuram sizdən. Əsəbləşdiyinizi, nəsə kiməsə pis söz dediyinizi, görməmişəm. Həmişə sakit, mülayim görünürsünüz. Bunun sirri nədədir? Digərlərinə qarşı həmişə mehriban görünməyi necə əldə edirsiniz? Sizi yəqin bəyənməyənlər, tənqid edənlər də az deyil, əsəblərinizi necə cilovlayırsınız?

Çingiz Abdullayev: - mən hesab etmirəm ki kimdənsə küsməliyəm, pis davranmalıyam, ya kimsə mənə təsir etməlidir. Fikirləşirəm ki 26 mln kitabım nəşr olunub, qoy mən haqda danışanın 5 mln kitabı çıxsın, onda mənlə bərabər olacaq, bərabər deyilsə mən ona nə cavab verim. Mənə qarşı deyilənlərə heç nə demirəm. Nəyi sübut edim, sübut edim ki kitablarım satılır? Bu ki açıq aydındı
.
Nicat Qasımov: -Bu yaxınlarda Rusiya və Moldovadan rejissor və ssenarist qonaqlarınız olub, bu qonarlar hansısa əsərinizə film çəkməyi planlaşdırır?

Çingiz Abdullayev: - Qonaqlarım Rusiya və Amerikadan olub, 2 əsərə kino çəkmək istəyirlər. Birində hətta tanınmış aktyor Mironov oynamaq istəyir.

Əliyeva Zəhra: -Salam Çingiz bəy. Həyatınızda elə məqam olubdur ki, esərinizdəki kimi "3-cü variant"dan istifadə edəsiniz?

Çingiz Abdullayev: - bəli çox olub. Ümumiyyətlə hər bir insan həyatında "3-cü variant"dan istifadə etməli olur.
                                                                                                            Hazırladı: Mehrəliyeva Günel

0 comments:

Post a Comment

 
◄Design by Pocket