Friday, May 11, 2012

Nikolay Vasilyeviç Qoqol – "Şinel"

Friday, May 11, 2012
      Oxuduğum əsərlər içərisində mənə ən çox təsir edən əsərlərdən biridir. Əsərin baş qəhrəmanı kiçik dövlət məmuru Akaki Akakiyeviçdir. Yazıçı realist üslubda qələmə aldığı bu kiçik povest Akaki Akakiyeviçin şinelinin süzülməsi ilə başlayır. Akaki Akakiyeviçin bədbəxtliyi də bununla başlayır. Özünə yeni şinel tikdirmək istəyən Akaki Akakiyeviçin bu arzusu həyata keçir, onun şinelinin oğurlanması da bu “kiçik adamın” sonu olur. Dövrünün sadə insanlarının ən böyük problemlərini Qoqol bu kiçik povestdə Akakiyeviçin timsalında dünyaya bildirmişdir və Çar Rusiyası dövründ ən qalmaqallı əsərlərdən biri olmuşdur. 
     Qeyd edim ki, Qoqol bu povesti bir iclada eşitdiyi əhalatdan təsirlənərək yazmışdır. Əhvalatda bir ovçunun illərdi pul yığaraq aldığı yeni tüfəngin gölə düşməsindən və ovçunun depresiyaya düşmsindən bəhs edir. Lakin bu əhvalatda fərqli şey ovçuya yaxın dostlarının yeni tüfəng alması və onu depresiyadan çıxarmasıdır. 
    Dahi Fyodor Mixayloviç Dostoyevski əsərin önəmini “Hamımız Qoqolun “Şinel”indən çıxdıq!” deyərək qeyd etmişdir.

şərh etdi: Elvin Sadıxov

0 comments:

Post a Comment

 
◄Design by Pocket