Friday, June 29, 2012

Çingiz Mehbalıyev "Miras: Bakının sirri"

Friday, June 29, 2012
    Bizim yazıçılardan növbəti kitabı oxumağa başlamışdım ki, ətrafımda uşaqlardan bəziləri yenə qınamağa bağladı nə görmüsən bu yazıçılarda? Əgər oxumasam necə və nə yazdıqlarını bilməsəm qınamağa ya da tərifləməyə ixtiyarım olarmı?              Yazıçılarımızdan kitablarım əsasən imzalı olur, elə bu kitabı da təşkil etdiyim tədbirdə Çingiz Mehbalıyevin iştirakı və klubun adına kitabı imzalı təqdim etməsilə əldə etdim. Bu da kitabı mənimçün xüsusi dəyərli etdi.       Miras: Bakının sirri- bu kitabı oxuduqca yaşadığım şəhəri qiyabi olaraq tarixi baxışla gəzdim. Şəhərin vacib və göstərişli yerlərini tarixi faktlarla və dəyərli məlumatlarla öyrənmiş oldum. Adicə Şirvanşahlar sarayına həmişə tarixi abidəni seyr etmək və qədimiliyi duymaq üçün gedirdimsə bundan sonra getdikdə araşdırmacı gözü ilə gəzəcəm:) Eyni zamanda Qız Qalası haqda da çox geniş elmi məlumatlar var.  
      Bu kitab bizə həm də olanı sadəcə görməmək və deyiləndən daha çox öyrənmək lazım olduqnu çatdırmaq istəyir. Dərin düşünmək, fikri eyni anda bir neçə işə cəmləmək və yazı yazmaqla əldə edə biləcəyimiz gözəl xüsusiyyətlər kitabda yer alıb. Kitabda hər izaha uyğun şəkillərin verilməsi onu daha öyrədici edir.
     Əksər tarixi abidələrin tikilişində nəyə fikir verilib? Bəs niyə məhz Qız Qalası? Nəyə görə intihar halları baş verir bu qalada? Bu suallara geniş cavab verilib.  
     Sevindirici haldır ki, bu tip kitab bizim gənc yazıçının qələminin məhsuludur. Kitabı oxumağa dəyər, yazıçını təbrik edirəm:)  

                                şərh etdi: Mehrəliyeva Günel

0 comments:

Post a Comment

 
◄Design by Pocket