Wednesday, May 9, 2012

Ceyn Ostin (Jane Austen) "Qürur və Mövhumat "

Wednesday, May 9, 2012

       Mən hazırki dövrümüzdə Azərbaycanda bir o qədərdə məhşur olmayan lakin dünyaca məhşur Ceyn Ostin (Jane Austen) və onun ən məhşur əsərlərindən olan Qürur və Mövhumat (Pride and Prejudice) əsəri haqqında danışmaq istərdim. Bu yazıçı bu günə kimi İngiltərə ədəbiyyatının “Birinci xanımı” kimi tanınır. Mənim üçün Ceyn Ostin şəxsiyyəti bir mübarizə simvoludur. 
        İngiltərənin keçmiş baş naziri Ser Vinston Çercill (Sir Winston Churchill) öz gündəliyində hərarət zamanı istənilən dərmandan yaxşı onu Ceyn Ostinin əsərlərinin müalicə etdiyinidə qeyd etdiyi də məhşur bir faktdır. Qürur və Mövhumat yazıçının çox məhşur əsərlərindən biridir. Bu əsər müxtəlif dillərə tərcümə olunub dəfələrlə çap olunub və ekranlaşdırılıb. Əsər BBC kanalının 200 ən yaxşı kitab siyahısinda ikinci yeri tutmuşdur. Əsərdə sadə insan münasibətlərindən bəhs olunur. Hadisələr gənc Mis Bennet ətrafında cərəyan edir. O qürurlu demək olarki yoxsul lakin bir o qədərdə müstəqil bir qadındır. Digər mühüm bir personaj isə Mister Darsi –qürurlu, qapalı, təkəbbürlü və varlı. Əhvalat onlar arasında sonu evlilik ilə bitən qarışıq münasibətlərdən bəhs edir. Əsərdə komik, emosional, romantik hadisələr bir birini əvəz edir. Artıq bir neçə il ərzində əsəri dəfələrlə oxumuşam və hər dəfəsində özüm üçün yeni-yeni kəşflər edirəm. Hamınızı Qürur və Mövhumat və Ceyn Ostinin digər əsərləri ilə tanış olmağa dəvət edirəm. Əmin edirəmki peşman olmazsız.  
Axı kitab adam yemir:))

                                         şərh etdi: Fidan İsmayılova

0 comments:

Post a Comment

 
◄Design by Pocket