Sunday, April 22, 2012

Çingiz Abdullayevdən cavablar...

Sunday, April 22, 2012 0

Şəlalə Mustafayeva: -Mənə maraqlıdı ömrü boyu detektiv janrında əsərlər yazmış 1şəxs nə vaxtsa heç cizgi filminə baxıbmı? Və əgər baxıbsa özünü hansı personajda görüb?

Çingiz Abdullayev: -Özümü heç bir personajda görmürəm. Cizgi filmlərin çox xoşlayıram. Axırıncı cizgi filmləri çox xoşuma gəlir, əsasən də Şrek.

Xəzər Bağırlı: -Dedektiv janrından kənar hansısa janrda yazmaq fikriniz var?

Çingiz Abdullayev: -Mən yalnız detektiv yazmıram. Tarixi əsərlərim də var, tarixçi olmasam da Sezardan yazmışam, məhəbbət romanlarım da var. Indi istəyirəm böyük fantastik roman yazım. Təbii ki, mənə maraqlı olduğu üçün bu janrda yazıram. Mənə maraqlı olmasa heç kitab yazmaram, elə olub ki 27-i saat 10-15 dəqiqəlik 4 fasilə ilə masa arxasında oturub kitab yazmışam
.
Rafael Muradxanlı: -Tәcrübә nümunәlәri ilә işlәmәk xoşunuza gәlir? Vә bir dә portagal şirәsini sevirsiniz? Çingiz Abdullayev: - Bəli, həm təcrübə materialları ilə işləməyi xoşlayıram, həm də portağal şirəsini.

Orxan Ismayıllı: - Əsərlərinizdə həm qatilləri, həm qadınların, həm hadisələri obrazların psixologiyasını çox dolğun təsvir etmisiniz. Buna necə nail olursunuz?

Çingiz Abdullayev: - yəqin ki yaxşı yazıçıyam ona görə. Çoxu hətta qadınlar haqqında yazdığım 4 kitabı deyir ki, siz yazmamısız. Lev Tolstoy doğuşdan yazıb, Mark isə heç vaxt içki içmədiyi halda içkidən gözəl yazırdı.

Nicat Qurbanov: - Niyə məhz Dronqo? Dronqo qus adıdır. Səhv etmirəmsə o bütün quşları yamsılaya bilir. Ad çox dedektiv səslənir. Təəccüblü və şübhəli, həm də maraqlı və cəlbedici addır.

Çingiz Abdullayev: - Mən bilmirdim ki bu obraz belə məşhur olacaq. Mən sovet dövründə bunu yazanda düşündüm ki qoyduğum ad ümumi olsun, bütün millətlər onu qəbul etsin. Ona görə belə ad düşündüm. Indi çoxu deyir ki bu adı dəyiş azərbaycanlı adı qoy, bu haqda fikirləşirəm nəzərdə tutduğum bir ad var, bəlkə o adda yazdım.

Emil Xəlilov: - 1-niyə məhz Cil italyandir?
2-Hər bir insanın yaşadığı həyatda sirrini böldüyü, fikirlərinə şərik çıxa bilən dostları var. əsərlərdə Dronqonun Edqar adlı həm dostu, həm də koməkçisi var. Nəzərə alsaq ki, Dronqo müəllifimizdirsə, o zaman Edqar kimdi?

Çingiz Abdullayev: - 1-Onu qəsdən yazmışam, yəni belə təcrübəli ekspertin ailəsi Rusiya ya da Azərbaycanda olsa o işləyə bilməz. Onun ailəsini girov götürə bilərlər, belə rahat işləyə bilməz.
2- əsərlərdəki kimi dostum və köməkçim var idi. Afrikida olarkən o həlak oldu. Artıq 27-28 il keçir amma hesab edirəm ki o hələ də sağdır, mənimlə oturub ünsiyyətdə olur. Edqar obrazı mənim o dostumdur, ona həsr etmişəm o obrazı. “Mavi mələklər”də bu haqda var və bu əsər 90% həyatda olanlardır.

Ibrahim M-zade: -Artur Conan Doyle Şerlok Homsa nifrət edirdi. Bəs siz necə öz Dronqonuza necə münasibət bəsliyirsiz?

Çingiz Abdullayev: - o Şerlok Homsa nifrət etmirdi, deyir di bu obraz onun o biri ədəbiyyatını yeyib. Mən sevinirəm ki mənim qəhrəmanınm belə məşhurdur və sevirlər.

İsmayıl İsmayılov: -Salam Çingiz bəy. Sizinlə bir neçə dəfə görüş-tədbirlərdə qarşılaşmışam. Hər dəfə müsbət enerji duyuram sizdən. Əsəbləşdiyinizi, nəsə kiməsə pis söz dediyinizi, görməmişəm. Həmişə sakit, mülayim görünürsünüz. Bunun sirri nədədir? Digərlərinə qarşı həmişə mehriban görünməyi necə əldə edirsiniz? Sizi yəqin bəyənməyənlər, tənqid edənlər də az deyil, əsəblərinizi necə cilovlayırsınız?

Çingiz Abdullayev: - mən hesab etmirəm ki kimdənsə küsməliyəm, pis davranmalıyam, ya kimsə mənə təsir etməlidir. Fikirləşirəm ki 26 mln kitabım nəşr olunub, qoy mən haqda danışanın 5 mln kitabı çıxsın, onda mənlə bərabər olacaq, bərabər deyilsə mən ona nə cavab verim. Mənə qarşı deyilənlərə heç nə demirəm. Nəyi sübut edim, sübut edim ki kitablarım satılır? Bu ki açıq aydındı
.
Nicat Qasımov: -Bu yaxınlarda Rusiya və Moldovadan rejissor və ssenarist qonaqlarınız olub, bu qonarlar hansısa əsərinizə film çəkməyi planlaşdırır?

Çingiz Abdullayev: - Qonaqlarım Rusiya və Amerikadan olub, 2 əsərə kino çəkmək istəyirlər. Birində hətta tanınmış aktyor Mironov oynamaq istəyir.

Əliyeva Zəhra: -Salam Çingiz bəy. Həyatınızda elə məqam olubdur ki, esərinizdəki kimi "3-cü variant"dan istifadə edəsiniz?

Çingiz Abdullayev: - bəli çox olub. Ümumiyyətlə hər bir insan həyatında "3-cü variant"dan istifadə etməli olur.
                                                                                                            Hazırladı: Mehrəliyeva Günel

Marc Levy - əgər həqiqət olsaydı

               
Yazıçının ilk romanı olub 2000-ci ildə nəşr olunub. Nəşr olunduğu il bestseller`lər sırasına daxil olur və həftələrcə mövqeyini saxlaya bilir.Yazıçıya dünya şöhrəti qazandıran roman, 28 dilə tərcümə olunur.Həmçinin məşhur rejissor Stiven Spielberg tərəfindən ekranlanşdırılır. “Cənnət kimi” adlanan film  romantik-komediya janrında çəkilir və ən az kitab qədər maraqla qarşılanır.

Lauren, şəhər xəstəxanasının reanimasiya şöbəsində təcrübə keçən gənc həkimdir. Keçirdiyi ağır yol qəzası nəticəsində elə həmin xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilir. Lauren komaya düşür. Baş həkim onun heç bir şansının olmadığını deyərək aparatın söndürülməsini təkid edir. Bu zaman isə Lauren onun evində kirayənişin olan gənc memar Arthur`la tanış olub dostlaşır. Lakin, Lauren komadadır və ünsiyyət bacarığından məhrumdu..Belə olan halda onun Arthur`la tanış olması da mümkünsüz olmalıdı axı....

Beləliklə, kitab üçün deyilən bir fikirlə razılaşaraq mən də onu “böyüklər üçün nağıl” adlandırardım. İnsan real həyatda bu cür hadisələrlə rastlaşmaq imkanına sahib olmadığından hərdən bu qəbildən olan roman  və ya filmlərlə başını qatmalı olur.Məhz bu əksikliyi doldurmaq üçün məsləhətli kitab olduğunu deyə bilərəm. Dediyim kimi, həyatda bu tip hadisələrin boşluğunu doldurmaq, özünü roman qəhrəmanları yerinə qoyub virtual macəra yaşamaq istəyən romantiklər üçün oxumalarını lazım  bildiyim  əsərdir.




                                                                                                                                                                        şərh etdi: Aysu Sürəyya

Friday, March 30, 2012

Susanna Tamaro - “Ürəyinin apardığı yerə get”

Friday, March 30, 2012 0
Roman 80 yaşındakı bir qadının böyüdüb,yetişdirdiyi lakin ABŞ-da yaşamağa və təhsil almağa gedən nəvəsinə yazılan və göndərilməyən məktublar ilə başlamışdır. Bu məktublar həm vəsiyyət, həm də etiraf xarakteri daşıyır. Yaşlı qadın öz gənc çağlarında edə bilmədiyi şeyləri nəvəsinə nəsihət etməkdədir. Anasını, yol qəzasında itirən nəvəsinin getməsi ilə yaşlı qadın tək qalmışdır.
Yaşlı qadının məktublarında qızının öz yaşadığı çətinlikləri və bu çətinlikləri yaşamağı üçün əlindən gələni etdiyini və onu həmişə azad buraxdığını ifadə etməkdədir. Nənə öz həyatından və hiss etdiyi duyğudan bəhs edərək nəvəsinin bunlardan dərs almasının ümidi ilə yaşayır.
Yaşlı qadın məktublarda qızının ölümündə özünü günahlandırır, nəvəsinə əsl atasının kim olduğunu söyləmək istəyir və nəvəsinə bütün bunlarla əlaqədar bəzi nəsihətlər verir. Nəsihət isə belədir: ediləcək ilk inqilab, öz içində ediləcək inqilabdır. Əgər həyatında bir yol seçmək məcburiyyətində qalsan qərar verməmişdən qabaq dayan və ürəyinin səsini dinlə. Ürəyinin səninlə danışdığı zaman qalx və “Ürəyinin apardığı yerə get”....

Müəllif: Könül Tahiri

Thursday, March 29, 2012

Ivan Turgenyev - "İlk məhəbbət"

Thursday, March 29, 2012 0
      İ.S.Turqenevin "İlk məhəbbət" povesti ilə "Asya" povesti arasında müəyyən oxşarlıqlar mövcuddur. Hər iki povestdə, baş qəhrəman ilk məhəbbətindən danışır. "Asya" povestində baş qəhrəman, cənab N.-in dinləyicilərinin kim olduğunu təxmin edə biləriksə, "İlk Məhəbbət"-də personajlar və vəziyyət daha konkretləşdirilmiş formadadır.
Povest hər biri 2-3 səhifəni ötməyən, 22 başlığı özündə cəmləyir. Hər ötən səhifədə hadisələrin, təəssüratların, baş qəhrəmanın necə böyüdüyü oxucuya çatdırılır. Povest belə başlayır: Dostlar toplaşaraq maraqlı mövzu ətrafında söhbət etməyi qərarlaşdırırlar. Bu dəfə söhbət İlk məhəbbətdən düşür. Məlum olur ki, dostlardan ikisinin danışmağa heçnələri olmasa da, 40 yaşlı, subay Vladimir Petroviçin danışmağa uzun bir hekayəsi var.
Baş qəhraman Volodyanın böyüdüyü ailə, zəngin soyada, zahirən ədəbli görünüşə malik olsa da ailə üzvləri mənən zərbə almış insanlar idi. 16 yaşlı gənc ailədə olan bu gərginliyi hiss edirdi.O bilirdi ki, zadəgan mühitində anasının və atasının arasında adi, sevgisiz bir nigah baş tutmuşdu. Povestdə, anasının həyat dramı haqqında danışarkən Volodya atasının hələ cavan və yaraşıqlı ikən özündən yaşca böyük anası ilə mənafeyinə görə nigaha girdiyini bildirir.
Baş qəhramanın ilk məhəbbəti, qonşuluğa anası ilə birgə köçmüş Zinaidaya aşiq olması ilə başlayır. Ancaq təbii ki, 20 yaşlı Zinaida 16 yaşlı pərəstişkarına yuxarılardan baxırdı. Səmimi söhbət zamanı o,Volodyaya xalası yaxud bacısı yaşında olduğuna eham vurur. O vaxtkı hisslərini analiz edib, çatdırmağa çalışan Vladimir Petroviç də,povestdə bir neçə dəfə: "Mən hələ uşaq idim" deyə təkrarlayır.
Povestdə Volodyanın əsas rəqibləri kimi doktor Luşin, şair Maydanov, qraf Malevski, istefaya çıxmış kapitan Nirmaski və qusar Belovzorov göstərilməsinə baxmayaraq, məhz kişiliyin münunəsi kimi gördüyü atasının onun əsas rəqibi olmasından bixəbər idi. Nəyə görə məhz atası?
Belovzorov və Luşin kimi Volodyanın atası da hisslərinin qurbanı olur. Atasının insultuna səbəb olan, Moskvadan gələn məktubun tərkibinin nədən ibarət olduğundan oxucular xəbərsiz qalır. Sevimli qadının xoşbəxtliyi Volodyanın atasının qürurunu belə sındırır. O, ölümündən əvvəl xanımından nəsə haqqında xahiş edir və hətta ağlayır. Oğluna qoyduğu ölümqabağı məktubunda isə Volodyaya deyir: "Mənim oğlum, qadın sevgisindən qorx, bu xoşbəxtlikdən qorx, bu zəhərdir…".
Finalda sevgidə gecikməməyin necə önəmli olduğunu vurğulanır.
Volodya Zinaidanın müvəqqəti Peterburqa gəldiyindən xəbər tutur. Mehmanxanaya Zinaidanı görmək üçün gedəndə artıq gec idi...
Müəllif: Leyla Kərimova

Wednesday, March 28, 2012

Orhan Pamuk - "Yeni həyat"

Wednesday, March 28, 2012 0

Onu mənə ailəmizdəki ədəbi söhbətlər, əmimin tez-tez bu söhbətlər zamanı onu satqın adlandırması tanıdıb desəm yalan olmaz. Hətta bu
söhbətlər zamanı axırda məlum olurdu ki, onun nobel almasına da səbəb "satqınlığı" olub..Orxan Pamukun bu romanını tam təsadüfü tanıdım. Daimi kitab aldığım Xan dayının dükanında idim, hansı kitabı alacağım barədə qərarsızdım. Kitabları vərəqləyəndə Orxan Pamukun kitabıda çıxdı qabağıma, sırf o evimizdəki söhbətlər məni kitabı almağa vadar etdi,və bu Pamukdan oxuduğum ilk roman oldu.
Kitab məni onu tez-tez vərəqləməyə vadar edirdi. Romanda əsasən kitabların qorxulu cəlbetməsindən danışılırdı. Eləcədə böyük həvəslə axtardığımız şeyin əslində tam ovcumuzda olduğunu göstərir.
Sadəcə gözünü aç və ətrafına diqqətlə nəzər yetir !
Eləcədə kitabın hər səhifəndə demək olarki Pamukun Türkiyədəki Atatürk heykəllərinə də necə söz vurmağı oxucunun fikrindən yayınmır.




Müəllif: Elgün İbrahimli

Tuesday, March 27, 2012

Leyla Məmmədli "Master və Marqarita"dan yazır

Tuesday, March 27, 2012 2
           Bulqakovun müəllifi olduğu bu əsər uzun illər kütləyə təqdim edilməmişdir.Daha doğrusu buna icazə verilməyib.Çapdan sonra isə əsər inanilmz şöhrət qazandı.Və hətta bütün illərin ən yaxşı yüz əsəri siyahısına daxil olmuşdur.
          Əsər dini-mistik səciyyəlidir.Hadiələr iki zamanda cərəyan edir-İsa Məsih dövrü onun çarmixa çəkilməsi və 19-əsr Rusiya həyatı.Əsərdə çoxlu mistik qüvvələr də vardir məsələn iblis və onun koməkçiləri .
 Bu əsərdə diqqəti cəlb edən məqamlardan biri də 5 rəqəminin sirridir.Daha dəqiq desək əsashadisələr 555 nömrəli otaqda cərəyan edir.Baş qəhrəmanlardan olan İeuşa və Ponti Pilat adları da 5 hərfdən ibarətdir.Bu rəqəmin sirrini bu cür izah edə bilərik: Məlumdur ki təbiətin 4 ünsürü vardır.5-ci isə naməlumdur yəni onu boşluq adlandırırlar.Biz digər əsərlərdə də bu rəqəmin istifadəsini görürük.Elif Şafakin “Aşk” romani buna misal ola bilər.Əsər 5 bolmədən ibarətdir.Bölmələrin adıarı da təbiətin ünsürləri ilə-hava su od torpaq adlandırılmlşdır.Beşinci bölmə isə boşluq adını daşıyır.Bu məqamda Sartrın “hamının içində Tanrı boyda boşluq vardır” ifadəsini xatırlamaq yerinə düşərdi.
           Bu mövzü müxtəlif sivilizasiyalardan olan yazıçıları birləşdirmişdir.
           "5-lik əsərlər" Bulqakovun müəllifi olduğu bu əsər uzun illər kütləyə təqdim edilməmişdir.Daha doğrusu buna icazə verilməyib.Çapdan sonra isə əsər inanilmz şöhrət qazandı.Və hətta bütün illərin ən yaxşı yüz əsəri siyahısına daxil olmuşdur.
           

Sunday, March 25, 2012

Başladıq

Sunday, March 25, 2012 6
    
Əziz dostlar !!!

ATGTİ-nin çoxdan gözlədiyiniz Kitab Klubu artıq ilkin fəaliyyətinə başlayır. Siz Kitab Klubunun köməyi ilə ən oxunaqlı beynəlxalq ədəbiyyat nümunələri ilə tanış olacaqsınız.
Hansı kitabı alacağınızı bilmirsiniz? Elə isə bizim kitab klubu tam sizlikdir.
Kitab Klubunun yaradıcığı mühit əsl kitab dünyası olacaq. Burda hamı dincələcək !
Sizin üçün burda yeni maraq dünyası işıqlanacaq və siz o dünyanın sakinininə çevriləcəksiniz. Yeni dostlarla daim sevimli kitablar haqqında müzakirələr, məşhur yazıçılarla görüş və daha nələr nələr...
Mütəmadi olaraq yenilənən səhifələrimizdən ən dəyərli bədii əsərlərlə tanış olacaqsınız.
Əziz oxucular, xahiş edirik ki, təklif və iradlarınızı yazmaqdan çəkinməyəsiniz. Sizin rəylərinizlə biz birlikdə daha da inkişaf edəcəyik.
Hörmətlə, "Kitab Adam Yemir" komandası :)
 
◄Design by Pocket►