Saturday, July 7, 2012

Yasunari Kavabata "Min durna"

Saturday, July 7, 2012 0
     Yapon adətlərinə görə bir fincan çay, evsahibi ilə qonaqların mənəvi birliyi üçün barış dolu bir gələcək üçün gözəl bir başlanğıc olaraq qəbul edilir. Yapon Çay mərasimi qədim Yapon fəlsəfəsini sərgiləyir və dörd əsas prinsipi vardır: Uyğunluq, hörmət, rahatlıq (hüzur) və çalışqanlıq. Çay mərasimi xüsusi qonaqların şərəfinə təşkil edilir və bu mərasimin təşkili xüsusi ustalıq tələb etdiyi üçün təşkilatçılara illərlə təlim keçilir. Bu Çay mərasiminin tarixi 890 ildən daha uzun bir müddətə dayanır.  
     Kavabata “Min durna” adlı əsərində Yapon adətlərinə uyğun olan zərifliyi və sadəliyi minimalist bir formada oxuyucuya nümayiş etdirir. Bu sanki mahir bir bəstəkarın bir neçə notla dinləyiciyə bütün mahnını izah etməsinə və sevdirməsinə bənzəyir. Kitabda atasını itirən Kikudzi onun köhnə xanımı Tikako tərəfindən hazırlanan çay mərasiminə  dəvət edilir. Qaranlıq ruhlu Tikako sadəcə çay dəvətini deyil eyni zamanda sanki bütün kitabdakı qəhrəmanları da idarə etməkdədir. Kikudiznin atasının gerçək bir sevgi ilə sevdiyi xanım Oota itirilmiş sevgilinin ardından oğlu Kikudzidə ölən sevgilisini görməkdədir. Kikudzi də xanım Ootaya qarşı istək duymaqdadır. Xanım Ootanın qızı Fumiko isə anasının bu qəbul edilməz münasibətindən utanır. Fumiko bu sevginin simvolları olan çay dəstini Kikudziyə hədiyyə etməsinə baxmayaraq bu düşüncələrdən özünü xilas edə bilmir. Gün keçdikcə Fumiko da anasına bənzəyir... Karatsu fincanı üç-dörd yüz illik bir fincandır. Bu fincan qaranlıq düşüncələr yaratmırdı və həyat doluydu. İki gözəl ruh fincan şəklinə düşmüşdü sanki və Fumiko ilə onun qarşsında dururmuş kimi qəbul edirdi Kikudzi. Kikudzi düşünürdü ki, onunla Fumiko arasındakı hər şey nə qədər canlıdırsa bir o qədər də günahsız idi. Kikudzi fincanlar vasitəsi ilə Fumikonun o günə qədər onun üçün sadəcə xanım Ootanın qızı olduğunu, indi isə bütün həyatını qaranlıqlardan qoruyan bir sehir olduğunu düşünürdü. Kikudzi bir möcüzə ilə yaxşılaşmış, Fumiko isə anasının taleyi ucbatından özünü müdafiə edə bilməmiş və onun kimi itib getmişdi...

                                       şərh etdi: Niyazi Qasımov

 
kitabı almaq istəyənlər bu keçiddən satış  ünvanlarına baxa bilər:
https://www.facebook.com/photo.php?fbid=443172869036959&set=a.337025316318382.82938.236281053059476&type=1&theater

Tuesday, July 3, 2012

Frederik Beqbeder "Məhəbbət 3 il yaşayır"

Tuesday, July 3, 2012 0
        Roman 1997-ci ildə nəşr olunub və günümüzdə də maraqla oxunur. Ötən il elə Beigbeder`in özünün rejissorluğu ilə roman əsasında eyniadlı film də çəkildi. Mark , əmindiki məhəbbət yalnız və yalnız 3 il yaşaya bilər. O , bunu təbiətin qanunu olaraq qəbul edir. Onun fikrinə görə bu 3 il aşağıdakı ardıcıllıqla hərəkət edir, əvvəlcə ehtiras ili olur, sonra incəlik ili və nəhayət cansıxıcı il. Mark`ın boşanma səbəbi heç də bu deyil əslində. Onu yeni sevgi macərası buna sövq edir. Bundan sonra o, bu sevginin də 3 ilinin tamam olmasını gözləyir....  
  Həmişə sevgiyə birmənalı yanaşmayan qəhrəmanları sevmişəm. Bilmirəm, onlarda özümü tapmağımdandır bəlkə də. Əslində romanı oxumamışdan əvvəl mən də belə düşünürdüm. Düzdür, konkret müddət qoymamışdım, amma məhəbbətin əbədiliyinə həmişə böyük şübhə ilə yanaşmışam. Əsəri oxumağa başlayandan, Mark`ın gətirdiyi arqumentlərə qarşılıq olaraq: “ay sağol”, “afərin”, “de, qadan alım, de” –kimi ifadələr işlədərək, onu dəstəkləyirdim. Hətta, ən bəyəndiklərimi özüm üçün qeyd dəftərçəmə də köçürürdüm. Amma həyatın bizə hazırladığı sürprizlərin bizi dəyişdirməyə qadir olacağını heç düşünməmişdim açığı. Həyat bizim prinsiplərimiz istiqamətində hərəkət edərsə, bir problem yoxdur. Məsələn, Mark`ın boşanma qərarı. Həm sevgiyə qoyduğu müddət-3 il tamam olmuşdu və həm də o, artıq başqasını sevirdi. Yəni ehtimalı doğrulduğu anda, həyat da onu dəstəkləmişdi.Amma həyatın prinsiplərimizə zidd getdiyi anlar da var. Mark`ın yeni sevgisi ilə keçirdikləri 3 ilin sonunda qərarsız qalması kimi.Amma bir seçim mütləq olmalıdı , ya prinsiplərinin dalınca getməlisən , ya da hisslərinin.


                                şərh etdi:
Aysu Sürəyya
 
◄Design by Pocket